“Bir kitabxana
- bir yazıçı”
Sumqayıtda Zahid Xəlilin
yaradıcılığına həsr olunmuş
tədbir
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki Sumqayıt şəhər Mərkəzi uşaq kitabxanasında “Bir kitabxana - bir yazıçı” layihəsi çərçivəsində uşaq ədəbiyyatının görkəmli nümayəndəsi Zahid Xəlilin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.
Tədbirdə yazıçının həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, çoxlu mənzum nağıl, poema, nəğmə mətnləri, yanıltmac və tapmacalar müəllifi kimi tanınan Zahid Xəlilin kitabları Rusiya, Sloveniya, Fransa, Almaniya və başqa xarici ölkələrdə də çap olunub.
Balaca oxucular müəllifin heyvanlar haqqında yazılmış şeirlərini səsləndirib, "Qaraqulaq ağ küçük" nağılı əsasında kitabxana işçiləri tərəfindən səhnələşdirilmiş kukla tamaşası nümayiş etdirilib.
Sonda
Zahid Xəlil
yaradıcılığına həsr olunmuş
“Uşaqların yaxın dostu” adlı kitab sərgisi haqqında qısa xülasə
verilib.
Mədəniyyət.- 2017.- 17
fevral.- S.6.