Füzuli teatrında "Ana fəryadı”
Füzuli
Dövlət Dram Teatrında Xocalı faciəsinin
25-ci il dönümünə həsr olunmuş "Ana fəryadı”
adlı poetik xalq
tamaşasının məşqləri davam
edir. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev
və teatrın ədəbi hissə müdiri
Əfsanə Kərimovanın ssenarisi əsasında
hazırlanan tamaşanın quruluşçu
rejissoru Asif Şirinov, quruluşçu
rəssamı Ellinaz Balaşova,
musiqi tərtibatçısı Sənan
Sevindikzadədir.
Mədəniyyət.- 2017.- 17
fevral.- S.7.