Musiqili Teatr
Türkiyəyə beynəlxalq festivala dəvət
alıb
Azərbaycan Dövlət Musiqili Teatrı 18-ci Trabzon Beynəlxalq Qara dəniz Teatr Festivalına dəvət alıb. Mayın 2-dən 15-dək davam edəcək festivalın əsası 2000-ci ildə qoyulub. Builki festivala Almaniya, Ukrayna, Yunanıstan, Rusiya, İran, Gürcüstan, Fransa, Sloveniya, Serbiya və digər ölkələrin teatrları qatılacaq.
“Trabzon Beynəlxalq Qara dəniz
Teatr Festivalına dəvət edilməyimiz
bizim üçün
çox xoş oldu. Xalqlar, ölkələr
arasında sülh və dostluğun
təbliği məqsədilə keçirilən festival zəngin proqrama malikdir. Belə ki, festival çərçivəsində
müxtəlif tədbirlər - həmrəyliyin nümayişi olaraq
iştirakçıların şəhərdə yürüşü, dünyanın məşhur
rejissor və dramaturqları ilə
görüşlər, ustad dərsləri,
sərgilər təşkil edilir. Azərbaycanı
bu nüfuzlu festivalda təmsil etmək bizdə qürur doğurur”, - deyə
Azərbaycan Dövlət Musiqili
Teatrının direktoru, Əməkdar incəsənət
xadimi Əliqismət Lalayev
bildirib.
Mədəniyyət.- 2017.- 17
fevral.- S.7.