Dubaydan Qəbələyə birbaşa aviareys
Viza rejiminin sadələşdirilməsi
səyahət imkanlarını artırıb
"FlyDubai" aviaşirkəti Dubay-Qəbələ birbaşa reysi üzrə mövsümi uçuşlar yerinə yetirməyə hazırlaşır. Aviareyslər bu il iyunun 22-dən sentyabrın 17-dək yerinə yetiriləcək. Aviareyslər həftədə 2 dəfə (cümə axşamı və şənbə) həyata keçiriləcək.
"Biz viza rejimini sadələşdirdiyi üçün Azərbaycan hökumətinə minnətdarlığımızı bildiririk. Bunun hesabına ölkələrimiz arasında səyahət daha əlçatan olacaq", - deyə aviaşirkətin baş icraçı direktoru Qeyt əl-Qeyt bildirib.
Şirkətin
Yaxın Şərq, MDB və Avropada kommersiya əməliyyatları üzrə vitse-prezidenti Ceyhun Əfəndi
isə bildirib ki,
Dubay-Qəbələ aviareysinə tələbatın yüksək
olması gözlənilir.
Mədəniyyət.- 2017.- 17
fevral.- S.9.