“Turizm və qonaqpərvərlik
tədqiqatları”nın yeni sayı
Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) elmi nəşri olan “Turizm və qonaqpərvərlik tədqiqatları” beynəlxalq jurnalının növbəti sayı çapdan çıxıb. Jurnalın bu nömrəsində yerli və xarici alimlərin tədqiqat nəticələrini əks etdirən 22 məqalə yer alıb.
Məqalələrdə
turizm siyasətinin ölkə
iqtisadiyyatına təsiri, mədəni-tarixi abidələrdən
turizmdə istifadə təcrübəsi, turizm
sahəsində ölkələrarası əməkdaşlığın
rolu, ali təhsil
müəssisələrinin idarəedilməsi və bu idarəetmədə marketinq
strategiyalarının əhəmiyyəti geniş
şəkildə təhlil olunub.
Mədəniyyət.- 2017.- 17
fevral.- S.9.