Şüvəlan Mədəniyyət evində
kinoteatr fəaliyyətə
başlayıb
Martın
sonunadək “Bizim kino
günləri” layihəsi çərçivəsində
filmlər nümayiş olunacaq
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin Şüvəlan qəsəbə Mədəniyyət evində kinoteatr fəaliyyətə başlayıb.
İdarədən bildirilib ki, kinoteatrın 300 nəfərlik zalı Şüvəlan və ətraf qəsəbə sakinlərinin asudə vaxtlarını daha maraqlı və əyləncəli keçirmələri üçün imkan yaradır. Kinoteatrda ilk ictimai baxış rejissor Elxan Cəfərovun “Yarımçıq xatirələr” adlı filmi olub.
Qeyd
edək ki, kinoteatrda
martın sonunadək Cəfər Cabbarlı adına "Azərbaycanfilm”
kinostudiyasının “Bizim kino
günləri” layihəsi çərçivəsində filmlər
nümayiş olunacaq.
Həmçinin kinoteatrda komediya,
dram, fantastik janrlarda olan filmlər,
azyaşlı tamaşaçılar üçün
isə cizgi filmləri təqdim ediləcək.
Mədəniyyət.- 2017.- 17
fevral.- S.15.