“Səhnə. Ekran. Efir”
Yazıçı-dramaturq Aqşin Babayevin yeni kitabı
işıq üzü görüb
Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, yazıçı-dramaturq Aqşin Babayevin “Səhnə. Ekran. Efir” adlı kitabı işıq üzü görüb.
“Şərq-Qərb” nəşriyyat evində çapdan çıxan kitabda müəllifin 17 pyesi verilib. Mövzusu real həyatımızdan alınan bu əsərlərin böyük bir qismi teatr səhnələrində nümayiş olunub, Azərbaycan Televiziyası və Radiosunun “qızıl fond”una daxil edilib.
Aqşin
Babayevin “Oğul”, “Bir parça həyat”, “Yaralar”, “Kim nə deyər...”,
“Nekroloq”, “Olmuş əhvalat”,
“Dəvətnamə”, “Gecikmiş bahar” və başqa pyesləri
teatr səhnələrində və televiziya ekranlarında nümayiş
etdirilib, radio
dalğalarında səsləndirilib. Onun ulu öndər Heydər Əliyevə həsr
etdiyi “Xilaskar” pyesi İrəvan Dövlət Azərbaycan Dram Teatrının quruluşunda
tamaşaya qoyulub.
Mədəniyyət.- 2017.- 17
fevral.- S.15.