“Novruz mühazirəsi”ndə
Xalq yazıçısı ilə görüş
Fevralın 21-də İçərişəhərdəki “Muğam klub”da Təhsil Nazirliyinin “Novruz mühazirələri” üzrə ilk görüş keçirilib.
Görüşdə Xalq yazıçısı Çingiz Abdullayev “Sözün təbiət və ədəbiyyat şəkli: zamanın gerisində, yoxsa...” mövzusunda çıxış edib. Yazıçı həyatının və yaradıcılığının maraqlı məqamlarından, illərlə qazandığı təcrübədən söz açıb, Azərbaycan və dünya ədəbiyyatından sitatlar gətirib, gəncləri bədii ədəbiyyat oxumağa dəvət edib.
Tədbirdə
məlumat verilib ki, “Novruz mühazirələri” layihəsinin məqsədi
təhsilin və elmin müxtəlif sahələrinə
dair mövzuların gündəmə gətirilməsi
və populyar dildə təqdim
olunmasıdır. Ötən ildən
reallaşdırılmağa başlanılan mühazirələrdə
tanınmış alimlər, beynəlxalq və
yerli təhsil ekspertləri davamlı inkişaf, Azərbaycan iqtisadiyyatının
uğurları, biliyin qiymətləndirilməsi
fəlsəfəsi, səriştə əsaslı təhsil, Novruz bayramının tarixi
kökləri, ölkəmizdə informasiya
texnologiyaları sahəsinin inkişafı mövzularından
bəhs ediblər.
Mədəniyyət.- 2017.- 22
fevral.- S.2.