Ana dilimiz - mənəvi sərvətimiz”

 

 

 

   Fevralın 21-də Azərbaycan TurizmMenecment Universitetində (ATMU) Beynəlxalq Ana Dili Günü münasibətilə “Ana dilimiz - mənəvi sərvətimiz” adlı tədbir keçirilib.

   Tədbirdə ATMU-nun rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov bu günün tarixindən söz açıb. Bildirib ki, xalqın, millətin dilinin dövlət statusuna yüksəlməsi onun öz taleyinə sahibliyinin, dövlət qurmaqqorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur.

   ATMU-nun Dillər kafedrasının müdiri, filologiya elmləri namizədi Kəmalə Kərimova, kafedranın müəllimləri Seyidəli Məmmədli, Sədaqət Mustafayeva, Almaz Zöhrabova, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı mövzu ilə bağlı çıxış ediblər.

   Tədbirdə tələbələr müxtəlif dillərdə şeirlər səsləndiriblər.

  

   Fariz

 

Mədəniyyət.- 2017.- 22 fevral.- S.3.