Xocalı faciəsi ilə bağlı tədbirlər
Bakı Şəhər
Mədəniyyət və Turizm Baş İdarəsi tərəfindən Xocalı
faciəsinin 25-ci ildönümü ilə
əlaqədar bir sıra tədbirlər keçirilir. Baş idarədən bildirilib ki, qurumun tabeliyində olan mədəniyyət müəssisələrində
sərgilər, anım gecələri, “dəyirmi masa”lar, ədəbi-bədii
kompozisiyalar, məlumat saatları və
mühazirələr təşkil olunur.
İdarənin şəbəkəsinə daxil
olan müəssisələrdə Azərbaycan
Respublikası Mədəniyyət və Turizm
Nazirliyinin Kinematoqrafiya
şöbəsinin və “Yaddaş” sənədli
filmlər studiyasının birgə təşkilatçılığı
ilə Azərbaycanın Milli Qəhrəmanları
haqqında çəkilmiş sənədli filmlər də nümayiş olunacaq.
Mədəniyyət.- 2017.- 22
fevral.- S.3.