Şuşa teatrı Xocalı
soyqırımı ilə əlaqədar kompozisiya
hazırlayır
Şuşa Dövlət Musiqili Dram Teatrının yaradıcı heyəti Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Xocalım, ay Xocalım...” adlı ədəbi-bədii kompozisiya üzərində işləyir.
Kompozisiyanın
quruluşçu rejissoru
Lalə Şirinova, quruluşçu
rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Ağasəlim
Feyzullayevdir. Səhnə əsərinin
hazırlanmasında bəstəkarlar Qara Qarayev, Hacı Xanməmmədov, Polad Bülbüloğlu, Faiq Sücəddinovun musiqilərindən,
tanınmış şairlərin şeirlərindən istifadə
olunub. Ədəbi-bədii kompozisiyada Əməkdar artist
Şükufə Musayeva, Teymur
Məmmədov, Mətanət Eres, Nazir Rüstəmov, Vüsalə Məmmədzadə,
Məmməd Məmmədov, Ruhiyyə Həsənova, Rasəf
Mehdiyev iştirak edir.
Mədəniyyət.- 2017.- 22
fevral.- S.6.