İspaniya vilayəti Azərbaycandan turist cəlb olunmasında maraqlıdır
İspaniyanın Alikante vilayətinin
turizm üzrə şurasının nümayəndələri
Bakı və Almatı şəhərlərinə
səfər ediblər.
Bu ölkənin diarioinformacion.com portalında dərc olunan məqalədə qeyd edilir ki,
səfərdə məqsəd
Azərbaycandan və Qazaxıstandan turistlərin
cəlb olunması istiqamətində iş aparmaq olub.
Alikante
vilayətinin nümayəndələri Bakıda bir sıra işgüzar
görüşlər keçiriblər. Şuranın vitse-prezidenti Eduardo Dolon deyib ki,
Azərbaycan və Qazaxıstan inkişaf
etməkdə olan ölkələrdir. Bu ölkələrin əhalisinin xaricə turistik səfərlərə marağı
artmaqdadır.
Mədəniyyət.- 2017.- 22
fevral.- S.9.