TÜRKSOY və türk
dünyası
Tədbirdə
“TÜRKSOY-Azərbaycan” kitab-albomunun təqdimatı
da keçirilib
Fevralın 20-də İstanbul Böyükşəhər Bələdiyyəsi və TÜRKSOY-un təşkilatçılığı ilə Qazaxıstanın Türkistan şəhərinin 2017-ci ildə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsinə həsr olunmuş xüsusi proqram düzənlənib. İstanbuldakı “Türk Dünyası” Mədəniyyət Mərkəzində gerçəkləşən mərasimdə öncə TÜRKSOY-la bağlı təqdimat filmi nümayiş etdirilib. Qurumun baş katibi, professor Düsen Kaseinov və İstanbul “Kültür və sənət nümunələri” şirkətinin baş direktoru Nevzat Kütük çıxış ediblər.
Sonra tədbir panel toplantısı
ilə davam edib. TÜRKSOY tərəfindən
Azərbaycan, Qazaxıstan
və Qırğızıstanın
müstəqilliklərinin 25 illiyi münasibətilə
çap edilən kitabların da təqdimat mərasimi keçirilib.
Azərbaycanın
qurumdakı təmsilçisi
Elçin Qafarlı
“TÜRKSOY-Azərbaycan”, Qazaxıstan
təmsilçisi Asker Turqanbayev
“TÜRKSOY-Qazaxıstan”, Qırğızıstan
təmsilçisi Hoşgəldi
Kuliyev “TÜRKSOY-Qırğızıstan”
kitabları haqqında
məlumat verib.
Bildirilib ki, təşkilatın
müxtəlif illərdə
hazırladığı nəşrlər,
o cümlədən incəsənət
tədbirləri türkdilli
xalqların inteqrasiyasında
və dünyada tanınmasında mühüm
rola malikdir. Çıxışlarda təşkilatın layihələrinin əhəmiyyəti,
qarşıda duran vəzifələrin həyata
keçirilməsinin yollarından
bəhs olunub.
İştirakçılara təqdim olunan
“TÜRKSOY-Azərbaycan” kitab-albomunda
təşkilatın ölkəmizlə
bağlı çoxşaxəli
fəaliyyəti barədə
müfəssəl məlumat
verilir.
Sonda türkdilli xalqların
tanınmış rəssamlarının
əsərlərindən ibarət
rəsm sərgisinin açılışı olub.
Tədbirə qatılan qonaqlar
Türkistan plovuna qonaq edilib.
Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev mərasimdə iştirak edib.
Mehparə
Mədəniyyət.- 2017.- 22
fevral.- S.10.