İrfani” havasının müəllifi haqqında nə bilirik?

 

 

   Klassik saz havalarımızdan biriRuhani”dir. Bu hava el aşıqlar arasındaİrfani”, “Ürfani”, “Urfaniadıyla da tanınır. Yallılarımız arasında isəUrfaniadlı gözəl bir rəqsimiz var. Bu yallı əzəmət, vüqar, mərdlik qəhrəmanlıq hərəkətləri ilə zəngindir. Əslində İrfani kimdir?

   Tanınmış folklorşünas, araşdırmaçı Əli Şamil bildirir ki, aşıqlarımızın bilik bacarığı sayəsindəİrfanisaz havası iki havaya - “Köhnə İrfaniYeni İrfani”yə çevrilib. “Köhnə İrfaniağır, ləngərlidirsə, “Yeni İrfaniritmik oynaqdır: “İrfanihavasından başqaUrfaniadlı yallımızın olması məndə belə bir qənaət yaradıb ki, hər iki hava eyni kökdəndir. Xalq arasında İrfani haqqında dolaşan bəzi hekayətlər var. Aşıq İrfani əslən Türkiyənin Çıldır bölgəsindəndir, XVIII-XIX yüzillərdə yaşayıb-yaradıb. Deyilənə görə, onun əsl adı Süleyman olub, atasını erkən itirdiyindən əmisinin himayəsində böyüyüb. Əmisi onun dini təhsil almasını istəyib. Yeniyetmə çağlarında ona yuxuda buta verdiyindən təhsilini yarımçıq qoyaraq sevgilisi Sənəmi axtarmağa başlayıb. Çox çətinliklərə qalib gəldikdən sonra sevgilisini tapıb, lakin qızı ona verməyiblər. Dəliqanlı Süleyman qızı qaçıraraq Ərdahanla Axısqa arasındakı Ulqar dağındakı xaraba kilsədə gizlənib. İrfanini həbs edərək Çıldır gölündəki Ağcaqalaya göndəriblər, sevgilisini isə valideynlərinə veriblər. Ərənlərin köməyi ilə Süleyman Ağcaqaladan qaçıb, yenidən Sənəmi qaçırdıb. Başına gələnlər İrfanitəxəllüsü ilə söylədiyi şeirlər xalq arasında dastana dönüb. Bundan xəbər tutan Çıldır paşası onu yanına gətirdərək haqq aşığı olub-olmadığını yoxlamaq üçün məclis qurub çalıb-oxumasını istəyib. İrfaninin oxuması, onun bədahətən söylədiyi şeirlər çaldığı saz havaları məclisdəkilərin xoşuna gəlib. Paşa İrfanini Arpaçay qəzasındakı Dəmirçilik kəndinə göndərib oradakı məscidə imam təyin edib”.

   İrfaninin şeirlərinin hamısı qoşmadır. Buradan ilk baxışda belə qənaət doğur ki, İrfani aşıqlıq etməyib. El şairi adlandırdığımız, aşıq havaları ilə oxuna bilən, heca vəznli şeirlər yazan sənətkarlarımızdan olub. Araşdırmaçı Şurəddin Məmmədli Borçalı-Axısqa-Qars ədəbi arealının tarixi təmsilçilərinin tarixi-coğrafi-ədəbi şəcərəsi”ni hazırlayarkən Urfanini XIX yüzildə yaşamış şair kimi təqdim edib. Axısqa türk folklorukitabında da İrfani XIX yüzildə yaşamış el şairi kimi tanıdılıb.

   Ə.Şamil qeyd edir ki, bəzi rəvayətlərdə İrfaninin Dəmirçilik kəndinə sürgün edildiyi söylənilir. Sürgün olunan adamın əlində saz kənd-kənd dolanıb məclis aparması inandırıcı deyil. Görünür, İrfani sürgün müddətini başa vurduqdan sonra oranı tərk etməyib. İrfaninin qoşmalar yazdığı kənddə imamlıq etdiyi fikri ilə razılaşsaq, onu aşıq deyil, el şairi kimi qəbul etməliyik. Amma gözəl saz havası yaratması, Borçalıya, Qazaxa dəvət olunması onun sazla bölgəni gəzdiyindən soraq verir. O, Qazaxda M.V.Vidadi M.P.Vaqiflə tanış olub, dostlaşıb.

   Araşdırmaçı deyir ki, İrfani çağdaşı olan aşıqlarla da deyişib. Onlardan yalnız Xəstə Həsənlə deyişməsi əldə edilib. XIX-XX yüzildə yazıya alınmış cünglərdə İrfaninin 30-a yaxın şeiri yer alıb: “Hazırda əlimizdə aşığın həyatından bəhs edən iki dastan-rəvayət 40-a yaxın şeir bu şeirlərin variant versiyaları var. Şeirlər onun geniş dünyagörüşlü, təsəvvüfü dərindən bilən, musiqi duyumlu bir sənətkar olduğunu göstərir. Hətta onun yaratdığı saz havası zurnaçılar tərəfindən aranjiman edilərək rəqs havasına çevrilib. Geniş yayılan “Urfani” yallısı da buna gözəl nümunədir”.

  

   S.Qaliboğlu

 

Mədəniyyət.- 2017.- 22 fevral.- S.15.