Gənc Tamaşaçılar Teatrında
Xocalı faciəsi anılıb
Fevralın 23-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı Sevinc Elsevərin “Arzu və Murad” tamaşası nümayiş etdirilib.
Xocalı şəhərinin işğalı zamanı əsir düşmüş gənc qızın faciəvi taleyi, qaçqınlıq şəraitində yaşayan insanların psixoloji və mənəvi durumundan bəhs edən tamaşanı Nəsimi rayon ictimaiyyətinin nümayəndələri, Xocalıdan didərgin düşmüş soydaşlarımız və rayon ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi izləyib.
Tamaşadan öncə teatrın foyesində Nəsimi rayon məktəblərində təhsil alan şagirdlərin əl işlərindən ibarət Xocalı faciəsinə həsr olunmuş rəsm sərgisi də nümayiş olunub.
Sözügedən tamaşa fevralın 24-də Pirallahı rayon ictimaiyyətinə, fevralın 26-da isə yenidən teatrın səhnəsində nümayiş olunacaq.
Mədəniyyət.-
2017.- 24 fevral.- S.2.