Sərgi salonlarında
Fevralın 24-də Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış fırça ustası, Əməkdar rəssam Odtəkin Ağababayevin 90 illik yubileyi ilə bağlı fərdi sərgisinin açılışı keçiriləcək. Sərgidə rəssamın yaradıcılığının bütün dövrlərini əks etdirən əsərlər nümayiş olunacaq.
Martın 1-də isə Müasir İncəsənət Muzeyində tanınmış rəssam Məmməd Mustafayevin rəngkarlıq, heykəltəraşlıq və qrafik işlərindən ibarət “Adsız” adlı fərdi sərgisi açılacaq. Sərgi martın 28-dək davam edəcək.
S.Qaliboğlu
Mədəniyyət.-
2017.- 24 fevral.- S.2.