Elmi Bərpa Mərkəzində anım tədbiri

 

 

   Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi fevralın 22-də Kənd Təsərrüfatı Muzeyi ilə birlikdə “Xocalı fəryadı” adlı tədbir keçirib.

   Tədbiri giriş sözü ilə muzeyin direktoru Natiq Qurbanov açaraq Xocalı soyqırımının iki əsrə yaxın bir müddətdə erməni şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasətinin ən qanlı səhifəsi olduğunu vurğulayıb.

   Elmi Bərpa Mərkəzinin direktor müavini Nairə Sadıxova bu faciənin bütün Azərbaycan xalqına, ələlxüsus Xocalı sakinlərinə sağalmaz yara və mənəvi zərbə vurduğunu deyib.

   Tədbir iştirakçıları Azərbaycan Rəssamlar İttifaqının üzvü Nazim Məmmədovun Xocalı faciəsinə həsr etdiyi əsərlərlə tanış olub və “Ümid” filminə tamaşa ediblər.

 

Mədəniyyət.- 2017.- 27 fevral.- S.4.