Əməkdar artist Belarus səhnəsində çıxış edəcək

 

 

 

   Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Əməkdar artist Afaq Abbasova fevralın 25-də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində çıxış edəcək.

   Teatrın mətbuat xidmətindən bildirilib ki, Afaq Abbasova C.Verdinin “Aida” operasında Aidanın partiyasını ifa edəcək. Səhnə əsərində Radames rolunda Belarusun Xalq artisti Sergey Frankovski, Amonasro rolunda isə Əməkdar artist Vladimir Qromov çıxış edəcək.

 

 

Mədəniyyət.- 2017.- 24 fevral.- S.5.