Müşavirə
iştirakçıları “Xocalı harayı”
kompozisiyasını izləyiblər
Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin Şuşa rayon nümayəndəliyində zona müşavirəsi keçirilib. Klub, kitabxana, muzey və rəsm qalereyası işçilərinin iştirakı ilə keçirilən müşavirədə idarənin rəisi Mehman Şükürov çıxış edib. Xüsusilə kitabxanaların fəaliyyətinə toxunan idarə rəisi bildirib ki, kitabxanalar həm də tərbiyə ocağıdır. Orada keçirilən tədbirlər böyük əhəmiyyət kəsb edir.
İdarənin Şuşa rayon nümayəndəliyinin baş məsləhətçisi Zahid Abbasov, Şuşa rayon MKS-nin direktoru G.Ağayeva, MİHİ Şuşa rayon Komitəsinin sədri Yaşar İbrahimov çıxış edərək mədəniyyət işçilərinin fəaliyyəti, görülən işlər haqqında məlumat verib, nöqsanların aradan qaldırılacağını, işi günün tələbləri səviyyəsində quracaqlarını bildiriblər.
Sonda müşavirə iştirakçıları Xocalı faciəsinin 25-ci ildönümü münasibətilə hazırlanmış “Xocalı harayı” adlı ədəbi-bədii kompozisiyanı izləyiblər. Tədbirdə vətənpərvərlik ruhunda şeirlər, marşlar ifa olunub, muğam parçaları dinlənilib.
Mədəniyyət.-
2017.- 24 fevral.- S.6.