“Hotel menecmenti”
kitabının təqdimat
mərasimi
Fevralın 22-də “New Baku” mehmanxanasında
“Hotel menecmenti” kitabının
təqdimat mərasimi
keçirildi.
Tədbiri giriş sözü ilə açan “New Baku Hotel”in direktoru Ceyhun Aşurov nəşr haqqında ətraflı məlumat verdi. Bildirdi ki,
dərs vəsaiti kimi nəzərdə tutulan kitabın müəllifi Azərbaycan
Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimovdur.
11 fəsildən və əlavələrdən
ibarət kitabda hotel menecmentinin proqnozlaşdırma,
planlaşdırma, təşkilat
strukturu, qərarların
qəbul olunması, ünsiyyət, motivasiya, nəzarət kimi önəmli məsələlər
öz əksini tapıb. Bundan başqa, dərs
vəsaitində mehmanxanada
gəlirlərin idarə
olunması, standartlar,
mini hotellər barədə
məlumatlar verilir.
Kitabda menecment konsepsiyasının
qısa tarixi və beynəlxalq mehmanxana biznesinin yaradıcıları və
menecerləri haqqında
maraqlı məlumatlar
da yer alıb.
Qeyd olundu ki, kitab Bakı Dövlət Universiteti Coğrafiya fakültəsinin
Elmi şurasının
qərarı ilə çapa tövsiyə edilib. Kitabın elmi redaktoru
Həbibə Soltanova,
məsləhətçisi Siyavuş Yeqanov, rəyçilər Bahadur
Bilalov, Vüqar Dərgahovdur.
Müəllif Müzəffər Ağakərimov çıxış edərək kitabın ölkəmizdə turizm sahəsində təhsilə töhfə verəcəyini bildirdi. Qeyd etdi ki, dərs vəsaiti ali təhsil ocaqlarında hotel menecmenti, hotelçilik, mehmanxana biznesi kursunu keçən bakalavr, magistr tələbələr, eləcə də hotel menecmentliyi və hotel biznesi ilə maraqlananlar üçün nəzərdə tutulub.
Daha sonra çıxış edən Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov kitabın əhəmiyyəti haqqında danışdı. Bildirdi ki, kitab turizm sahəsində həm nəzəri, həm də praktiki bilikləri geniş olan, böyük təcrübəyə malik şəxs tərəfindən yazılıb: “Uzun illər turizm sahəsində fəaliyyət göstərən Müzəffər Ağakərimovun daha əvvəl işıq üzü görən kitabları da bu baxımdan əhəmiyyətlidir”.
Mahir Qəhrəmanov ölkə turizminin inkişafı istiqamətində görülən işlərdən də danışdı. Bildirdi ki, son illər ölkəmizdə bu sahədə görülən işlərin son məqsədi kimi Azərbaycanın turizm potensialının dünyada təbliğ edilməsi və ölkəmizə xaricdən daha çox turistin cəlb olunmasıdır: “Bu xüsusda turizm sənayesində çalışanların üzərinə də böyük məsuliyyət düşür. Azərbaycana gələn hər bir turistin yenidən ölkəmizə səfər etməsi üçün xidmətin keyfiyyəti daha da artırılmalı, xalqımıza məxsus yüksək qonaqpərvərlik ənənələri geniş nümayiş olunmalıdır”.
Sektor müdiri vurğuladı ki, son bir il ərzində Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar Azərbaycan turizm sənayesinin daha da inkişafına təkan verəcək.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev də kitabın əhəmiyyətindən danışdı. O, nəşrin hotelçilik üzrə çalışan insanlar üçün stolüstü kitab olacağına əminliyini ifadə etdi.
Qeyd edək ki, Müzəffər Ağakərimov 2004-cü ildən Bakı Dövlət Universitetində bakalavr və magistrlərə “Turizm və hotel biznesi” fənnini tədris edir. Yeddi kitabın müəllifidir.
F.Hüseynov
Mədəniyyət.-
2017.- 24 fevral.- S.9.