ATMU Asiya-Sakit Okean Turizm Assosiasiyasına
üzv qəbul olunub
Üzvlük universitet tələbələrinin
yay tanışlıq və istehsalat təcrübəsi imkanlarının
genişlənməsinə zəmin yaradacaq
Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) təhsil, tədris, təcrübə, təlim modelinə müvafiq olaraq beynəlxalq əlaqələrini genişləndirir. Ötən ilin sonundan ali təhsil müəssisəsi ilə Asiya-Sakit Okean Turizm Assosiasiyası (PATA) arasında əməkdaşlıq əlaqələrinin qurulması istiqamətində aparılan danışıqlar müsbət nəticələnib.
ATMU adıçəkilən təşkilata üzv qəbul edilib. 1951-ci ildən fəaliyyət göstərən PATA-nın mərkəzi ofisi Tailand Krallığının paytaxtı Banqkok şəhərindədir. Assosiasiyanın 800-dən çox üzvü arasında turizm təşkilatları, dövlət qurumları, universitetlər, aviaşirkətlər, hava limanları və turizm agentlikləri var.
PATA-nın
başlıca məqsədi turizm sənayesində
təmsilçilik hüququ qazanan təşkilatlarla mövcud
əlaqələrin daha da
möhkəmləndirilməsi, insan
kapitalından düzgün istifadə
strategiyasının işlənib hazırlanması və həyata
keçirilməsi, dinamik inkişaf
edən turizm sektorunda
gənclərin, xüsusən tələbələrin aktiv iştirakının təmin edilməsindən
ibarətdir. ATMU-nun daha bir beynəlxalq
təşkilata üzv qəbul edilməsi
universitetin turizm təhsili
arenasında daha da
tanınmasına, tələbələrin yay
tanışlıq və istehsalat təcrübəsi
imkanlarının genişlənməsinə, təhsilin beynəlxalq
əlaqələr müstəvisində təşkilinə zəmin
yaradacaq.
Mədəniyyət.-
2017.- 24 fevral.- S.9.