“10 hekayə. Bunlar həqiqət ola bilərdi...”
Romada Xocalı soyqırımından
bəhs edən ədəbi-musiqili tamaşa
nümayiş etdirilib
Xocalı soyqırımının 25-ci ildönümü
ilə bağlı Azərbaycanın İtaliyadakı
səfirliyi və “Espressione d'Arte” Assosiasiyasının birgə
təşkilatçılığı ilə Romanın tarixi “Palazzo Brancaccio” sarayında
“10 hekayə. Bunlar həqiqət ola
bilərdi...” adlı ədəbi-musiqili tamaşa
nümayiş etdirilib.
Tamaşa Heydər Əliyev
Fondunun vitse-prezidenti,
“Xocalıya ədalət!”
beynəlxalq kampaniyasının
təşəbbüskarı Leyla Əliyevanın ideya müəllifi olduğu “Xocalı.
20 il, 10 hekayə. Bunlar həqiqət ola
bilərdi...” kitabındakı
hekayələr əsasında
hazırlanıb.
Tədbirə İtaliyanın dövlət
qurumlarının nümayəndələri,
parlament üzvləri,
diplomatik korpusun təmsilçiləri, mədəniyyət,
elm xadimləri, jurnalistlər
qatılıb.
Əvvəlcə tədbir üçün
hazırlanmış “Qarabağın
səsi” adlı videoçarx təqdim edilib. Xanəndə Tacir Şahmalıoğlunun
ifasında “Bayatı-Şiraz”
muğamının sədaları
altında Qarabağın
Azərbaycanın tarixi-əzəli
torpağı olmasını,
Ermənistanın hərbi
təcavüzü nəticəsində
torpaqlarımızın viran
qalmasını göstərən
kadrlar nümayiş etdirilib.
Mərasimdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri
Məmməd Əhmədzadə
Xocalı soyqırımını
Ermənistanın ölkəmizə
qarşı hərbi təcavüzünün ən
dəhşətli səhifəsi
adlandırıb.
Sonra ədəbi-musiqili tamaşa təqdim olunub. Tanınmış violonçel ifaçısı
Pierluici Ruccieronun bədii tərtibatı əsasında hazırlanan
tamaşa “Xocalı.
20 il, 10 hekayə. Bunlar həqiqət ola
bilərdi...” kitabındakı
hekayələr və
məşhur pianoçu
Culiano Di Cüzeppenin məhz bu səhnə
əsəri üçün
bəstələdiyi musiqi
parçaları əsasında
qurulub. Hekayələri
italiyalı aktyorlar Alessia Çentofanti və Raffaello Mastrorilli səsləndirib,
musiqi parçalarını
isə Pierluici Rucciero, Culiano Di Cüzeppe, skripkaçı
Zoltan Banfalvi, gitaraçı Luka Trabukkinin
ifa ediblər.
Tamaşanın səhnə tərtibatı üçün aidiyyəti kitabdakı rəsmlər, “Xocalı uşaqların gözü ilə” mövzusunda yeniyetmə rəssamların çəkdiyi şəkillər, dünyada Xocalı soyqırımı abidələri, soyqırımın beynəlxalq səviyyədə tanınmasını əks etdirən kadrlar, habelə Xocalı soyqırımı ilə bağlı ölkəmizdə təşkil olunan rəsmi tədbirlərin fotolarından istifadə edilib.
Maraqla qarşılanan tamaşadan sonra İtaliya parlamentində Azərbaycanla dostluq qrupunun sədri, senator Sercio Divina, İtaliya İnsan Haqları Liqasının sədri Antonio Stango çıxış edərək Xocalı faciəsindən, bu faciəyə beynəlxalq hüquq nöqteyi-nəzərdən qiymət verilməsinin vacibliyindən danışıblar. Sonda səfir M.Əhmədzadə bütün tədbir iştirakçılarına təşəkkür edib.
Mədəniyyət.-
2017.- 24 fevral.- S.10.