Yeni nəfəs” layihəsində “İkinci güllə”nin təqdimatı

 

 

 

   Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən elan edilən “Yeni nəfəs - 1” ssenari müsabiqəsinin qalibi olanİkinci güllə” ssenarisi əsasında çəkilən qısametrajlı filmin təqdimatı keçirilib. Filmin ssenari müəllifi və quruluşçu rejissoru Natiq Rəsulovdur.

   CinemaPluspremium kinoteatrlar şəbəkəsinə daxil olan “Azərbaycan” kinoteatrında keçirilən təqdimatda Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova çıxış edərək müsabiqə barədə məlumat verib. Bildirib ki, müəllif filmiNarimanfilm” kinostudiyasında çəkib.

   Müsabiqənin münsiflər heyətinin üzvü, yazıçı, Əməkdar incəsənət xadimi Natiq Rəsulzadə qeyd edib ki, layihə kinematoqrafiya sahəsində gənclərin yaradıcılıq fəaliyyətini inkişaf etdirmək, milli kinomuza yeni fikir, yeni nəfəs gətirmək məqsədilə reallaşdırılır.

   Müsabiqənin qalibi Natiq Rəsulov filmin çəkilişinə dəstək olanlara minnətdarlığını bildirib.

   Sonra film nümayiş edilib. Filmdə sosial problemlər önə çəkilərək bəzi adətlərin fəsadları əks olunub.

   Filmin prodüseri Nəriman Məmmədov, quruluşçu operatoru Kirill Gerra, icraçı prodüseri Emin Quliyevdir. Ekran əsərində əməkdar artistlər Vidadi Həsənov, Nəsibə Eldarova, Hüsniyyə Mürvətova, aktyorlar Manaf Dadaşov, Elmin Bədəlov, Elgün Həmidov və Leyli Vəliyeva çəkiliblər.

 

 

Mədəniyyət.- 2017.- 24 fevral.- S.10.