“Xocalı sülh
mükafatı-2017” müsabiqəsinə yekun
vurulub
Britaniya parlamentində “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) təşkilatçılığı ilə keçirilmiş “Xocalı sülh mükafatı-2017” incəsənət müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olub.
Tədbirdə çıxış edənlər Xocalı faciəsinin Azərbaycan xalqına qarşı böyük haqsızlıq və ədalətsizlik olduğunu bildirib, bu faciəyə, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə tezliklə hüquqi-siyasi qiymət verilməsinə və bu hadisəni törədənlərin layiqli cəzalarını alacaqlarına ümid bəslədiklərini ifadə ediblər.
Müsabiqənin münsiflər heyətinə Britaniya parlamentinin Azərbaycanla dostluq qrupunun sədri Bob Bləkmən, sabiq xarici işlər və birlik məsələləri naziri Baronessa Manzur, parlamentin üzvü Baronessa Varsi, Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter və azərbaycanlı skripkaçı Səbinə Rakçeyeva daxil idi.
Əsərlər dünyada baş verən münaqişələrin sülh yolu ilə həllinin təşviqini, qaçqın və məcburi köçkünlərin acınacaqlı vəziyyətini daha güclü təsvir etməsi baxımından qiymətləndirilib.
Birinci yerə “Hərəkatın sülhü” (Tranquillity of Movement) adlı əsəri ilə britaniyalı gənc rəssam Louisa Marriott layiq görülüb. Koreyalı gənc rəssam Tae Eun Ahn “Səhər” (In the Morning) əsəri ilə ikinci, çinli Minq Yinq isə “Batırılmamalı” (Don`t be submerged) adlı əsəri ilə üçüncü yeri tutub.
Mədəniyyət.-
2017.- 24 fevral.- S.16.