“Müsəlmanlara uyğun turizmin
inkişafı və təşviqi” mövzusunda təlim
İyulun 4-də Türkiyənin
paytaxtı Ankarada İslam Ölkələri Statistik,
İqtisadi və Sosial Araşdırmalar və Təlim Mərkəzinin
(SESRİC) təşkilatçılığı ilə
“Müsəlmanlara uyğun turizmin inkişafı və təşviqi”
mövzusunda təlim başlanıb.
Tədbirdə İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 14 ölkənin turizm sahəsi üzrə nümayəndələri iştirak edir. Ölkəmiz tədbirdə Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin əməkdaşı Aysel Vəliyeva tərəfindən təmsil olunur.
Təlim islam turizmi sahəsində
yeni standartlar və marketinq strategiyasının inkişafı ilə
bağlı Malayziya, Türkiyə və
Birləşmiş Ərəb Əmirliklərinin təcrübəsi
nəzərə alınaraq keçirilir.
Müzakirələr zamanı İƏT ölkələrində
islam turizmi (halal turizm)
standartlarının inkişafı məqsədilə ümumi loqonun işlənib
hazırlanması və tətbiqi təklif edilib.
Təlim iyulun 7-də yekunlaşacaq.
Mədəniyyət.-2017.- 5 iyul.-
S.3.