Mütaliəyə marağın artırılması məqsədilə konfrans keçirilib

   İyunun 30-da Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəz tərəfindən Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin tabeliyindəki kitabxanaların əməkdaşları üçün “Mütaliəyə marağın artırılmasında kitabxanaların rolu” mövzusunda konfrans təşkil olunub.

   Sabirabad Mədəniyyət mərkəzində keçirilən konfransın məqsədi müxtəlif mütaliə xüsusiyyətinə malik oxucularda kitaba marağın daha da artırılması işində sistemlilik prinsipinin təşkili, onların yaş, peşə, təhsilindən asılı olmayaraq həyata baxışları, maraqları və meyllərinin yönəldilməsidir.

   Tədbirdə Sabirabad Regional Mədəniyyət və Turizm İdarəsinin nümayəndələri, Bakı Humanitar Kollecinin müəllimi Sevda Orucova, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin direktoru Asif Usubəliyev, metodistlər - BDU-nun dosenti, filologiya üzrə fəlsəfə doktoru Şəhla Quliyeva və BDU-nun müəllimi İradə Əliyeva, mərkəzin əməkdaşları Sənan Talıbov, Nürəddin Babazadə, Məzahir Qarayev iştirak ediblər.

   Tədbirdə çıxışlardan sonra mövzu ətrafında müzakirələr və fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.-2017.- 5 iyul.- S.6.