Sərhədkeçmə
və viza verilməsi prosedurlarının
asanlaşdırılması
İşçi qrupun iclasında
müzakirələr aparılıb
“Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 20 fevral 2016-cı il tarixli sərəncamının icrası, sərhədkeçmə prosedurlarının sadələşdirilməsinə dair mexanizm və təkliflərin hazırlanması, bununla bağlı beynəlxalq təcrübənin araşdırılması, eləcə də viza prosedurlarının asanlaşdırılması ilə bağlı təkliflərin hazırlanması məqsədilə işçi qrup yaradılıb. İyunun 30-da mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədovun sədrliyi ilə işçi qrupun iclası keçirilib.
İclas zamanı sərəncamın icrası ilə bağlı görülmüş işlər barədə məlumat verilib. Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən beynəlxalq əhəmiyyətli sərhəd buraxılış məntəqələrində turistlərin sürətli keçidinin təmin edilməsi üçün əlavə keçidin yaradılması və onların məlumatlandırılması məqsədilə məlumat lövhələrinin, həmçinin sərhəd buraxılış məntəqələrində hər hansı bir ödəmə və digər əməliyyatların həyata keçirilməsi üçün POS-terminalların quraşdırıldığı qeyd edilib.
İclasın
yekunu olaraq bu istiqamətdə işlərin davam etdirilməsi üçün
işçi qrupun
üzvləri arasında mütəmadi olaraq
məlumat mübadiləsinin aparılması, Daxili
İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd
Xidməti əməkdaşlarının müştəri
(turist) məmnuniyyətinin
və xarici dil biliklərinin
artırılması üzrə təlimlərin iyul ayından etibarən keçirilməsi və
“Asan Viza” sistemi vasitəsilə viza
verilən ölkələrin siyahısının genişləndirilməsi
üzrə təkliflərin hazırlanması və digər
məsələlər müzakirə olunub.
Mədəniyyət.-2017.- 5 iyul.-
S.9.