Xınalıq kəndində
kino nümayişi
Mədəniyyət və turizm
naziri Əbülfəs Qarayevin göstərişi ilə
Xaçmaz Regional Mədəniyyət və Turizm İdarəsi
tərəfindən uzun fasilədən sonra Quba rayonunun
yüksək dağlıq Xınalıq kəndində kino
nümayişi təşkil edilib.
İyulun 1-də Xınalıq kənd klubunda rejissor Ülviyyə Könülün "Həddən artıq uyğunluq" bədii filmi nümayiş etdirilib. Film Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında lentə alınıb.
Tədbirdə Xaçmaz Regional Mədəniyyət
və Turizm İdarəsinin məsul işçisi Söhrab
Əmrahov iştirak edib.
Kənddə gələcəkdə də mütəmadi olaraq filmlərin nümayiş
etdirilməsi nəzərdə tutulub. Bunun üçün regional idarə tərəfindən
Xınalıq kənd klubuna proyektor dəsti, noutbuk və
yeni lentə alınmış kino diskləri verilib.
Mədəniyyət.-2017.- 5 iyul.-
S.10.