“Səs eksperimentləri”ndə
saz, caz və rokun sintezi
İyunun
30-da YARAT Müasir İncəsənət
Mərkəzində “Səs
eksperimentləri” adlı
konsert keçirilib.
İlk dəfə keçirilən
və eksperiment xarakteri daşıyan konsertdə klassik aşıq havaları caz və rokla
sintez halında təqdim olunub. Azərbaycan Aşıqlar Birliyinin dəstəyi və təşkilatçılığı ilə keçirilən tədbir “Araz Ozara” qrupu ilə
gənc aşıq
Elvin Mehmanlının zəhməti
əsasında ərsəyə
gəlib.
Konsertin əvvəlində çıxış
edən Aşıqlar
Birliyinin sədri,
professor Məhərrəm Qasımlı
aşıq musiqisinin Azərbaycan mədəniyyətində
tutduğu yerdən, onun beynəlxalq aləmdə təbliği
istiqamətində son zamanlar
həyata keçirilən
məqsədyönlü tədbirlərdən,
aşıq musiqisinin yeni keyfiyyətdə təqdim edilməsi üçün onun caz, rok və
digər musiqi janrları ilə sintezinin də maraqlı olmasından danışıb.
“Araz Ozara” və Elvin Mehmanlı ilə yanaşı, aşıqlar
Əli Tapdıqoğlu,
Kamil Cəfərov, Gülbəniz Məmmədova,
Elçin Əziyev və Ramin Sadıqovun
da iştirak etdiyi konsertdə “Dədə Qorqud” kompozisiyası, “Qarabağ
şikəstəsi”, eləcə
də “Şirvan müxəmməsi”, “Quba Kərəmi”, “Şəqayı
gəraylı”, “Koroğlu
cəngisi” və digər aşıq havaları caz və rokla sintezdə
səslənib.
Alqışlarla qarşılanan konsertin
təşkilatçıları eksperiment kimi təqdim etdikləri bu işi gələcəkdə
də davam etdirəcəklərini bildiriblər.
Mədəniyyət.-2017.- 5 iyul.- S.10.