Xalq artisti Xumar Zülfüqarova vəfat edib
Azərbaycan mədəniyyətinə ağır itki üz vermişdir. Müasir Azərbaycan rəqs sənətinin görkəmli nümayəndəsi,
Azərbaycan Respublikası
Prezidentinin fərdi təqaüdçüsü, Xalq
artisti Xumar Rza qızı Zülfüqarova 2017-ci il iyulun 2-də, ömrünün
90-cı ilində vəfat
etmişdir.
Xumar Zülfüqarova 1927-ci il noyabr ayının 15-də Bakı
şəhərində görkəmli
teatr və kino aktyoru Rza
Əfqanlının ailəsində
anadan olmuşdur. O,
1945-ci ildə Bakı
Xoreoqrafiya Məktəbini
bitirmişdir.
1945-1966-cı illərdə
Azərbaycan Dövlət
Akademik Opera və Balet Teatrının solisti, 1966-1978-ci illərdə
Azərbaycan Dövlət
Filarmoniyasının Mahnı
və Rəqs Ansamblının solisti və bədii rəhbəri, Dövlət
Rəqs Ansamblının
yaradıcılarından biri,
1978-1988-ci illərdə Azərbaycan
Dövlət Qastrol və konsert üzrə birliyin ilk baş baletmeysteri olmuşdur. Üzeyir Hacıbəylinin “Koroğlu” operası əsasında rəqs qurmuş, Qara Qarayevin “Yeddi gözəl” baletində çıxış etmiş,
filmlərdə çəkilmişdir.
“Şah İsmayıl”,
“Aşıq Qərib”,
“Əsli və Kərəm”, “Leyli və Məcnun” operalarında rəqqasə
qismində mahircəsinə
çıxış etmişdir.
Rusiya, İraq, ABŞ və Kanadanın müxtəlif
şəhərlərində qastrol səfərlərində
olmuş, Azərbaycan
peşəkar rəqs
sənəti nümunələrini
nümayiş və təbliğ etmişdir.
1950-ci ildə Bakı Xoreoqrafiya Məktəbində pedaqoji
fəaliyyətə başlayan
Xumar Zülfüqarova
60 il ərzində
bir neçə nəsil rəqqas və xoreoqraf yetişdirmişdir. Bu gün Azərbaycan səhnəsinin parlaq ulduzlarının bir çoxu, respublikanın xalq və əməkdar
artistləri onun yetirmələridir.
Xumar Zülfüqarovanın xoreoqrafiya və rəqs sənəti sahəsindəki fəaliyyəti
dövlət tərəfindən
yüksək qiymətləndirilmişdir.
O, müstəqil Azərbaycanın
ali təltiflərindən
olan “Şöhrət”
ordeninə layiq görülmüşdür.
Görkəmli rəqs ustası,
tanınmış baletmeyster
və səmimi insan Xumar Zülfüqarovanın
əziz xatirəsi xalqımızın qəlbində
həmişə yaşayacaqdır.
Allah rəhmət
eləsin.
Mədəniyyət.-2017.- 5 iyul.-
S.11.