Eşq sahiblərinə can gərək olmaz, ey dil...”

   İyunun 30-da AYB-nin Xəzər bölməsinin təşkilatçılığı ilə paytaxtın Buzovna qəsəbəsindəki R.Axundov adına Mədəniyyət evində şair-qəzəlxan Məhəmmədəli Şəfainin xatirəsinə həsr edilən gecə keçirildi.

   Yazıçılar Birliyi Xəzər bölməsinin rəhbəri Arif Buzovnalı, AYB-nin katibi İlqar Fəhmi, şair Soltan Əlizadə, AMEA Əlyazmalar İnstitutunun böyük elmi işçisi Sona Xəyal, musiqişünas Vaqif Əliyev çıxış edərək şairin həyat yaradıcılığından söz açdılar.

   Bildirildi ki, Bakı ədəbi mühitinin tanınan nümayəndələrindən olan Məhəmmədəli Şəfai 1890-cı ildə dünyaya göz açıb. İlk təhsilini mollaxanada alıb, eyni zamanda müəllimi Əliməhəmməd Fənadan klassik şeirin sirlərini mənimsəyib, Nizami, Xaqani, Rumi, Xəyyam, Füzuli başqa şairləri mütaliə edib. Azərbaycan, fars ərəb dillərində şeirlər yazan M.Şəfai Hafiz, Xəyyam Sədinin əsərlərini dilimizə çevirib. Şəfai müasirləri arasında daha çox Abdulla Şaiq, Məmməd Səid Ordubadi, Əlağa Vahid, Səməd Vurğun Süleyman Rüstəmlə dostluq əlaqələri qurub. Şairin yaradıcılığında qəzəl janrı əsas yer tutsa da, onun qələmə aldığı mərsiyələr, satiralar da maraqla qarşılanıb.

   M.Şəfai 1967-ci ildə dünyasını dəyişib. 1991-ci ildə "Seçilmiş əsərləri" işıq üzü görüb. Hazırda təşkil olunan muğam məclislərində, müxtəlif konsertlərdə şairin qəzəllərinə geniş yer verilir.

   Tədbirdə həmçinin şairin şeirlərinə yazılmış təxmis nəzirə müsabiqəsinin gənc qalibləri mükafatlandırıldı. Gecə görkəmli muğam ustaları, Əməkdar incəsənət xadimi Aqil Məlikov, Əməkdar artist Teyyub Aslanov, gənc xanəndələr Arif İsmayılov, Məmməd Nəcəfovun ifası ilə davam etdi.

   Sonda şairin oğlu Füzuli Axundzadə çıxış edərək tədbirin təşkilatçılarına iştirakçılara təşəkkürünü bildirdi.

  

   Lalə Azəri

Mədəniyyət.-2017.- 5 iyul.- S.12.