Sevgi rəssamların gözü ilə”

   İyunun 30-da “Xətai” Sənət Mərkəzində Azərbaycan Rəssamlar İttifaqı ilə birgə 30 iyun - Sevgililər gününə həsr olunmuşSevgi rəssamların gözü ilə” adlı sərgi-müsabiqə keçirilib.

   Öncə layihənin rəhbəri Elnurə İsgəndərova, təşkilatçı Aygün İsgəndərova gənc rəssamlarla birlikdə Şəhidlər xiyabanında 20 Yanvar şəhidləri, sevginin, sədaqətin simvolu İlham və Fərizənin qəbrini ziyarət ediblər. İştirakçılar şəhidlərin ailə üzvləri ilə görüşüblər və onların gənclərimizə örnək nakam həyat yolundan, eləcə də Vətənə olan sevgilərindən söz açıblar.

   Sonra tədbir “Xətai” Sənət Mərkəzində rəssamların bu günə həsr olunmuş əsərlərinin nümayişilə davam edib.

   ARİ-nin katibi, Xalq rəssamı Ağəli İbrahimov, tanınmış bəstəkar Vüqar Camalzadə, Xalq rəssamı Arif Hüseynov sərginin önəmindən söz açıblar. Sərgidə 160 rəssamın 180 əsəri nümayiş etdirilib.

   Sonda müsabiqənin qaliblərinə hədiyyələr təqdim olunub.

   

   S.Qaliboğlu

Mədəniyyət.-2017.- 5 iyul.- S.16.