Yolun yarısında bir təbəssüm”

 

 

 

   Bakıda iki meksikalı rəssamın həyatına həsr edilmiş sərgi

  

   İyulun 6-da Bakıdakı “Ləndmark” biznes mərkəzində məşhur meksikalı rəssamlar Frida KaloDieqo Riveranın həyatına həsr olunmuşDieqoFrida. Yolun yarısında bir təbəssüm” adlı fotosərgi açılıb.

   Meksikanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən sərgidə 100-dək foto yer alıb.

   Tədbirdə Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini çıxış edərək sərginin əhəmiyyətindən danışıb. İki ölkə arasında mədəni əlaqələrin inkişafına toxunan səfir bu kimi tədbirlərin ikitərəfli münasibətlərin daha da inkişafı üçün zəmin yaradacağını qeyd edib.

   Qeyd edək ki, Dieqo RiveraFrida Kalo Meksikada incəsənət tarixinin ən çox müzakirə olunan cütlüklərindəndir. Onların parlaq şəxsiyyətləri müasirlərində müxtəlif hisslər, heyranlıq oyadırdı.

   Evləndikləri 1929-cu ildən Fridanın dünyasını dəyişdiyi 1954-cü ilədək 25 il ərzində birlikdə olan bu cütlüyün münasibətləri görüşlərin və ayrılıqların sonsuzluğu, sevgi və nifrət, bölüşmək və rəqabət üzərində qurulub. Buittifaq” XX əsrin birinci yarısında Meksikada şəxsi münasibətlərin yeni səhifəsini açıb.

 

Mədəniyyət.- 2017.- 7 iyul.- S.2.