Əməkdar artist növbəti festivaldan qayıdıb
Gənc Tamaşaçılar Teatrının
aktyoru, Əməkdar
artist Şövqü Hüseynov
iyunun 27-dən iyulun
2-dək Belarusun Mogilyov
vilayətinin Bobruysk şəhərində keçirilən
“Dostluq çələngi”
festivalında ölkəmizi
təmsil edib. 20-dən çox ölkənin iştirak etdiyi festivalda azərbaycanlı aktyorun çıxışı maraqla
qarşılanıb.
Festivalın açılış günündə Şövqü
Hüseynov görkəmli
Azərbaycan bəstəkarı
Tofiq Quliyevin “Kəndimiz” mahnısı ilə tədbir iştirakçılarını salamlayıb və festivalda Patrik Züskindin “Kontrabas” əsəri əsasında
hazırlanmış monotamaşanı
göstərib.
Bir çox festivallarda uğurla nümayiş olunan monotamaşa Belarusda da təqdirlə
qarşılanıb. Bobruysk Şəhər İcraiyyə Komitəsinin internet saytında “Kontrabas”
monotamaşası “Dostluq çələngi”nin
proqramını açdı” başlıqlı yazıda aktyorumuzun uğurlu
çıxış yüksək qiymətləndirilib,
tamaşanın və aktyor oyununun intellektual, fəlsəfi
tərəfləri haqqında müsbət fikirlər yer alıb.
Mədəniyyət.- 2017.- 7 iyul.-
S.6.