Sumqayıt Dram Teatrı Bakıda "Toy olsun"
dedi
İyunun 4-də Sumqayıt Dövlət Dram Teatrı
Bakıda çıxış
etdi. Kollektiv Süleyman Ələsgərov
və İsi Məlikzadənin "Subaylarınızdan
görəsiniz!" musiqili
komediyası əsasında
hazırlanmış "Toy olsun" tamaşasını
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində paytaxt
sakinləri üçün
oynadı.
Teatrın baş rejissoru, Əməkdar artist Firudin Məhərrəmovun quruluş
verdiyi tamaşanın
bir özəlliyi də budur ki,
əsas rollarda bir zamanlar Sumqayıt
teatrına şöhrət
qazandırmış komik
cütlük - xalq artistləri Afaq Bəşirqızı və
Valeh Kərimov çıxış edirlər.
Tamaşanın təhvil verildiyindən
təxminən üç
ay keçməsinə baxmayaraq,
"Toy olsun" on dəfədən
çox oynanılıb.
Sumqayıtda hər nümayişi
maraqla gözlənən
tamaşa Bakıda da eyni hərarətlə
qarşılandı. Səhnə
əsərində Afaq
Bəşirqızı və
Valeh Kərimovdan başqa, Sumqayıt teatrının aktyorları
- əməkdar artistlər
Növrəstə Həşimova,
İlahə Səfərova,
Cəlal Məmmədov
və İzaməddin
Bağırov, aktyorlar
Sədaqət Nuriyeva,
Akif Mirzəyev və Oktay Mehdiyev
çıxış edirdilər.
Gülcahan
Mədəniyyət.- 2017.- 7 iyul.-
S.7.