“Mədəniyyət naminə elm”
Layihə
çərçivəsində növbəti seminar
keçirilib
İyulun 5-də Nəriman Nərimanovun xatirə muzeyi və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin birgə təşkilatçılığı ilə “Mədəniyyət naminə elm” adlı növbəti seminar keçirilib.
Tədbiri mərkəzin elmi katibi Hüseyn İbrahimov açıb. Sonra məruzələr dinlənilib.
Mərkəzin Təbliğat və statistik araşdırmalar şöbəsinin metodisti Ceyhun Əhmədov “Turizm bələdçiləri üçün qeyri-verbal ünsiyyət problemi” adlı məruzəsində qeyri-verbal ünsiyyətin mahiyyəti və ekskursiya rəhbərləri üçün tətbiqindən danışıb. İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin metodisti Vüsalə Bəşirova “Azərbaycanda turizm xidmətlərinin keyfiyyəti” mövzusunda çıxış edib.
Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin metodisti Nadir Məmmədov regionlarda tarixi-mədəni abidələrin turizmdə rolu barədə danışıb.
Mərkəzin direktoru A.Usubəliyev muzey rəhbərliyinə, seminar iştirakçılarına və qonaqlara təşəkkürünü bildirərək qeyd edib ki, layihənin əsas məqsədi respublikanın elmi potensialını mədəniyyət sahəsinin inkişafına yönəltməkdir. Tədbirdən sonra seminar iştirakçıları Nəriman Nərimanovun xatirə muzeyinin ekspozisiyası ilə tanış olublar.
Lalə
Mədəniyyət.- 2017.- 7 iyul.-
S.7.