İtaliyanın səyahət portalında ölkəmiz haqqında məqalə

 

 

 

   İtaliyanın “Siviaggia.it” səyahət portalında “Bu il Azərbaycana səyahət etmək üçün 10 səbəb” adlı məqalə dərc olunub. Məqalədə ölkəmizin gözəllikləri ilə tanış olmaq üçün turistlərin ən çox səyahət etdikləri ecazkar məkanlar fotoreportaj şəklində təqdim olunur.

   Bildirilir ki, Azərbaycana ən mükəmməl səyahət Bakıdan keçirbu tanışlığa qədim İçərişəhərdən başlamaq lazımdır.

   Məqalədə turistlərin ən çox səyahət etdikləri məkanlardan biri kimi UNESCO-nun Dünya irsi siyahısına daxil edilmiş Qobustan qoruğu, həmçinin Abşeronda yerləşən palçıq vulkanları haqqında danışılır, bura səyahətin insana unudulmaz təəssürat bəxş etdiyi bildirilir.

   Məqalədə xalqımızın qədimdən yaşayış tərzi, torpağa bağlılıq ənənələri ilə tanış olmaq üçün möhtəşəm dağlarla əhatələnən Quba rayonuna getmək məsləhət görülür, xüsusilə Xınalıq kəndinin turistlər tərəfindən bəyənildiyi qeyd olunur. Həmçinin şimal-qərb hissəsində yerləşən Şəki və Qax rayonlarının əsrarəngiz təbiətə malik olduğu, Kişİlisu kəndlərinin turistlər tərəfindən ən çox sevilən ecazkar məkanlardan olduqları vurğulanır.

   Bundan əlavə, İsmayıllı rayonunun Lahıc kəndi haqqında məlumat verilir, buranın gözəl təbiəti və qədim sənətkarlıq ənənələri ilə məşhur olduğu bildirilir.

   Məqalədə Naxçıvan haqqında da danışılır, bu qədim diyarın əfsanəyə görə Nuhun gəmisinin tapıldığı məkan olduğu bildirilir.

 

Mədəniyyət.- 2017.- 7 iyul.- S.8.