Bakıda “İsveçrə turizmi günü

 

 

 

   Bakıdaklı “Four Seasons” hotelində İsveçrə Turizm Ofisibu ölkənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə “İsveçrə turizmi günükeçirilib. Tədbirin məqsədi Azərbaycan bazarında İsveçrənin turizm imkanlarının təqdimatıdır.

   İsveçrə Turizm Ofisinin rəhbəri Federiko Sommaruqa və ölkənin müvafiq infrastruktur nümayəndələri Azərbaycanın aparıcı turizm şirkətlərinin menecerləri ilə görüşüblər. İsveçrə nümayəndə heyətində hotel biznesinin, tibb müəssisələrinin, turoperatorların və digər təşkilatların peşəkarları yer alıb.

   Qeyd edək ki, bu, Bakıda məxsusi olaraq İsveçrə turizminə həsr edilən ilk “B2B” formatlı tədbirdir. F.Sommaruqanın sözlərinə görə, Azərbaycanın elit turizm bazarı İsveçrə üçün böyük maraq kəsb edir. O deyib: “İsveçrəyə gələn azərbaycanlı turistlərin sayı artır. İsveçrənin əla inkişaf etmiş turizm infrastrukturu, istirahətin müxtəlif istiqamətləri, şəhər və regionların təmizliyi və təhlükəsizliyi ən yüksək tələbi təmin etməyə qadirdir. Bu maraq qarşılıqlıdır. Avropalılar, o cümlədən isveçrəlilər dünya turizm infrastrukturunun ayrılmaz hissəsinə çevrilmiş Azərbaycana daha çox turist kimi gəlirlər”.

   Turistlər arasında İsveçrənin Cenevrə şəhəri daha çox məşhurdur. Şəhər şopinqAlp dağlarına səyahəti bir araya gətirən zəngin mədəni proqram təklif edir. “Cenevrə Azərbaycandan gələn turistlərin xoşuna gəlir, onlar ən yaxşı hotellərdə qalır, nüfuzlu klinikaların, özəl məktəblərin xidmətlərindən istifadə edir, bahalı restoranlara gedirlər”, - deyə Cenevrə Turizmi Ofisinin nümayəndəsi Albina Rassamaxina bildirib.

   İsveçrədə mühüm istirahət istiqaməti müalicə-sağlamlıq turizmidir. Bakıda keçirilən tədbirdə ölkənin aparıcı hospital və klinikalarının birliyi - “Swiss Healthin baş direktoru Andrey Relyiç iştirak edib.

   Tədbirə yekun vuran F.Sommaruqa yeni marşrutu - uzunluğu 1600 kilometr olan, ölkənin ən gözəl yerlərindən keçən “İsveçrə Qrand Turunu təqdim edib. Bu marşrutu həm avtomobildə, həm də qatarda həyata keçirmək olar. Ən yaxşısı isə 4 ya 8 günlük “Swiss Travel Pass” ümumi biletini almaqdır. Səfər çərçivəsində turistlər əhalisi dörd dildə danışan regionlara gedə, Alp dağlarının beş aşırımını keçə, UNESCO-nun siyahısına düşən 12 obyekti, 2 qoruğu 22 gölü görə bilərlər.

 

Mədəniyyət.- 2017.- 7 iyul.- S.9.