Tatar icması
milli bayramını qeyd edib
Azərbaycanda yaşayan tatar
icması milli bayramlarını - “Sabantuy”u
Suraxanı rayonundakı
Heydər Əliyev parkında təntənəli
şəkildə qeyd
edib.
Mərasim Azərbaycanın, Rusiya Federasiyasının və
Tatarıstan Respublikasının
dövlət himnlərinin
səsləndirilməsi ilə
başlayıb.
Rayon İcra
Hakimiyyətinin İctimai-siyasi
və humanitar məsələlər şöbəsinin
müdiri Barxudar Barxudarov “Sabantuy” bayramının Suraxanıdakı
Heydər Əliyev parkında keçirilməsinin
artıq ənənəyə
çevrildiyini bildirib.
Qeyd edib ki, Azərbaycan
və tatar xalqlarının dostluq münasibətləri ümummilli
lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə möhkəmlənib
və bu siyasət Prezident İlham Əliyev tərəfindən davam etdirilir.
Rusiya Federasiyası Tatarıstan
Respublikasının Nazirlər
Kabineti yanında Baş arxiv idarəsinin rəisi İrada Ayyubova respublika prezidenti Rüstəm Minnixanovun təbrik məktubunu tədbir iştirakçılarının
diqqətinə çatdırıb.
Bayram şənliyində Rusiyanın Azərbaycandakı
səfirliyinin müşaviri
Artyom Barkov, Tatarıstanın Azərbaycandakı
daimi nümayəndəsi
Alfred Zakirov çıxış
edib.
Çıxışlarda ölkəmizdəki multikultural şərait, tolerantlıq mühiti bu sahədə dövlət siyasətinin
bariz nümunəsi kimi qiymətləndirilib.
Qeyd edilib ki, hər il “Sabantuy” bayramının Azərbaycanda
keçirilməsi də
tolerantlığın əyani
sübutudur.
Sonra
iştirakçılar müxtəlif müsabiqələrdə
bacarıqlarını nümayiş
etdiriblər, qaliblər mükafatlandırılıb.
Mədəniyyət.- 2017.- 7 iyul.-
S.10.