Lənkəranda turizm mövsümünün başlanması ilə bağlı musiqili tədbir

 

 

 

   Lənkəran Regional Mədəniyyət və Turizm İdarəsinin tabe müəssisələri tərəfindən turizm mövsümünün başlanması ilə əlaqədar Lənkəran şəhərindəki Heydər Əliyev adına parkda konsert proqramı təşkil olunub.

   Tədbir iştirakçıları əvvəlcə Lənkəran MKS-yə daxil olan yeni kitablar, o cümlədən yerli müəlliflərin əsərlərindən ibarət sərgiyə baxıblar. Həmçinin, Tarix-diyarşünaslıq muzeyi və Mədəniyyət mərkəzinin təşkil etdiyi sərgi nümayiş etdirilib. Yerli sənətkar Eynulla Calalovun əl işləri maraqla qarşılanıb. Lənkəran Turizm İnformasiya Mərkəzi də geniş ərazidə bölgənin turizm potensialını əks etdirən fotolar və bukletlər təqdim edib.

   Konsert proqramı Ü.Hacıbəylinin “Koroğlu” operasından uvertüranın sədaları altında Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət mərkəzinin gənc bədii qiraətçilərin təqdimatında “Ordum varsa, Yurdum var” adlı kompozisiya ilə başlayıb.

   Müğənnilərdən Zaur Babayev, Əminə Bağırova, Mətanət Babayeva, Rəhim Hüseynov, Araz Heydərov, Elgün Əlizadə, Cavid Lənkəranlı, XalidCavid Dadaşovlar bir-birindən gözəl mahnılarla iştirakçılara xoş anlar yaşadıblar.

   Mədəniyyət mərkəzinin oğlanlardan və qızlardan ibarət rəqs qrupları, Boladi-1 kənd Folklor klubunun “Kinəlim” və 5 saylı uşaq bağçasının “Nəvələr” folklor ansamblları, şairlər Etibar Vəliyev, Ağamir Cavad və bədii qiraət dərnəyi üzvlərinin çıxışları tədbirə rəng qatıb.

 

Mədəniyyət.- 2017.- 7 iyul.- S.11.