Ənənəvi incəsənətimizi yaşadan məkan

 

 

 

   Burada keramika, batika, zərgərlik və taxta işi sənəti öyrədilir

  

   2012-ci ildə yaradılan İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbinin (Böyük Britaniya) birgə layihəsidir. Mərkəzin yaradılmasında əsas məqsəd gənc və istedadlı gənclərə təlim keçmək, Azərbaycanın ənənəvi incəsənətini canlandırmaq və inkişaf etdirməkdən ibarətdir.

   Mərkəzin satış üzrə meneceri Gülər Məmmədova bildirir ki, qurum dörd ənənəvi incəsənət sahəsi üzrə fəaliyyət göstərir: keramika, batika, zərgərlik və taxta işi. Mərkəzdə çalışan dizaynerlər ənənəvi texnikalar əsasında yeni əsərlər hazırlayırlar. Burada həmçinin müxtəlif təlim-tədris proqramları həyata keçirilir. Üçaylıq təlim kurslarının iştirakçıları adıçəkilən ənənəvi sənətkarlıq sahələri üzrə texnikaları öyrənmək və təkmilləşdirmək imkanı əldə edirlər.

   Kurslar iki hissədən ibarətdir: bacarıqların yoxlanılması üçün ilkin seminarpraktik təlim. İlkin seminar iştirakçının bacarıqlarını müəyyən etməyə və uyğun tədris istiqamətini seçməyə yardım edir. İyunun 19-da başlanan növbəti kurslar sentyabrın ortalarına kimi davam edəcək.

   Batika kursunda parçaların boyanması, soyuq batika, isti-mum, ənənəvi basma texnikaları öyrədilir. Zərgərlik kursunda isə iştirakçılara ənənəvi şəbəkə texnikasının incəlikləri, metal üzərində oyma, naxış həkketmə aşılanır.

   Taxta işiylə məşğul olanlar taxtanın emalı, cilalanması və ondan sadə məhsulların hazırlanmasını təcrübədən keçirirlər.

   Təzhib (qızılla bəzək) üzrə dərslərdə iştirakçılar taxta, gipsya kağız səthinə qızıl yarpağı tətbiq etməyin üsullarını, qızılın keyfiyyətini və istifadə olunan materialdan asılı olaraq onun parıldamasını öyrənirlər.

   Keramik məhsulların üzərində rəsm təlimi zamanı iştirakçılar naxış çəkməyi mənimsəyirlər. Ayrıca keramika düzəltmə kurslarında iştirakçılar dulusçuluq sənəti, keramik məhsulların hazırlanması üzrə praktik bacarıqlar qazanır, eləcə də sıfırdan başlayaraq son mərhələyə kimi öz məhsulunu hazırlamaq imkanı əldə edirlər.

   G.Məmmədova bildirir ki, peşə təlimlərində gənc sənətkarlar, eləcə də ənənəvi sənətkarlıq texnikalarını öyrənməkdə maraqlı olan hər kəs iştirak edə bilər.

   Mərkəzdə sənətkarlığın inkişafı üçün yerli və yabançı sənətkarlar tez-tez ustad dərsləri keçirlər. Onlardan biri heykəltəraş Adam Uilliamson bir müddət öncə gips oyma üzrə ustad dərsləri keçib. O, bacarıqlı daş, gipstaxta oymaçısı, müxtəlif materiallarla işləyən rəssam, nəbati incəsənət üzrə aparıcı mütəxəssisdir. “Thames & Hudson” tərəfindən nəşr olunanİslam ölkələrinin incəsənəti və sənətləri” kitabının müəlliflərindən biridir. Eləcə də ötən il burada dünyada tanınmış sənətkarlar Mahmud Manning, Amber Koxar soydaşlarımıza ustad dərsləri keçiblər.

   Mərkəz qədim bir binada yerləşir. Burada yuxarıda adlarını çəkdiyimiz sahələr üzrə ayrı-ayrı emalatxanalar fəaliyyət göstərir. Ənənəvi xalq incəsənətini öyrənmək istəyənlər üçün burada hər cür şərait, müvafiq avadanlıq var.

   İçərişəhəri gəzən, yolu buradan düşən hər bir turist mərkəzə gəlir, oradakı ustaların işləriylə yaxından tanış olur, bəyəndiyi məhsullardan da alıb ölkəsinə aparır. Azərbaycana səfərə gəlmiş xarici ölkələrin dövlət başçıları başqa rəsmi qonaqların da buraya ziyarəti təşkil edilir.

   Mərkəzin yetirmələrinin hazırladıqları əsərlər Azərbaycan mədəniyyəti günləri çərçivəsində xaricə aparılır. Ötən il belə tədbirlərdən biri Heydər Əliyev Fondunun layihəsi ilə Parisdə Eyfel qülləsinin yanında təşkil olunanAzərbaycan şəhərciyi”ndə baş tutub. Bir il öncə Londonda Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbində keçirilən sərgi zamanıİçərişəhərDövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov tərəfindən Şahzadə Çarlza mərkəzdə hazırlanmış foto çərçivəsi hədiyyə edilib. Sərgi Şahzadə Məktəbi tərəfindən məzunların fəaliyyətinin nəticələrini təbliğ etmək dünya üzrə əlaqələrin genişləndirmək məqsədilə hər il keçirilir.

   2004-cü ildə Şahzadə Çarlz tərəfindən təsis olunmuş Böyük Britaniyanın Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi (PSTA) rəssamlara Uels Universiteti tərəfindən təsdiq olunmuş diplomdan sonrakı təhsil çərçivəsində araşdırmaların aparılmasına imkan yaradır.

   Bildirək ki, bu ilin martında Şirvanşahlar Sarayı Kompleksində İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin “DastanbrendininŞirvanşahlar” kolleksiyasının təqdimat mərasimi keçirilib. Kolleksiya IX-XVI əsrlərdə Azərbaycanda mövcud olmuş Şirvanşahlar dövlətinin zəngin mədəniyyətini özündə əks etdirir. Brendin məhsulları Londonda Şahzadə Fond Qalereyasında, Bakıda AİTF turizm sərgisində, “ITB Berlinturizm sərgisində nümayiş olunub.

  

   Soltan

 

Mədəniyyət.- 2017.- 7 iyul.- S.13