“Azərbaycan
milli geyimləri olduğu kimi”
Milli Azərbaycan Tarixi Muzeyində XIX əsrin sonu - XX əsrin əvvəllərinə aid 20-dən artıq qadın və kişi
geyim dəsti sərgilənir
AMEA-nın
Milli Azərbaycan Tarixi Muzeyinin və Milli Təhsil
Texnologiyaları Mərkəzinin
birgə təşkilatçılığı
ilə iyulun 4-də “Azərbaycan milli geyimləri olduğu kimi” adlı sərginin açılışı
olub.
Sərgidə
XIX əsrin sonu - XX əsrin əvvəllərində
Şimali və Cənubi Azərbaycanda mövcud olmuş geyimlərə aid 150-dən artıq
eksponat, 20-dən artıq
qadın və kişi geyim dəsti, 70-dən artıq
unikal rəsm və fotoşəkil yer alıb. Milli geyim nümunələri Azərbaycanın, Gürcüstanın,
İranın muzey və kolleksiyalarında aparılmış tədqiqatlar
nəticəsində bərpa
edilib. Nümayiş olunan materiallar
muzey tərəfindən
nəşr edilmiş
kataloqda əksini tapıb. Nəfis tərtibatlı, rəngli kataloqda müxtəlif geyim növləri, aksesuarları
təqdim edilir.
Muzeyin direktoru, akademik
Nailə Vəlixanlı
sərginin əhəmiyyətindən
danışıb. Bildirib ki,
tədbirin keçirilməsinin
əsas məqsədi
qloballaşan dünyada
Azərbaycan türk-müsəlman
mədəniyyətinin qorunub
saxlanılmasına və
gələcək nəslə
təhrifsiz ötürülməsinə
töhfə verməkdir.
N.Vəlixanlı qeyd edib ki, son illərdə milli geyim mədəniyyətimizdə
özfəaliyyət xarakteri
daşıyan dəyişiklik
və təhriflər
əsl həqiqətin
ortaya qoyulması ehtiyacını doğurub.
Sərgidə təqdim olunan geyimlərin müəllifi,
sənətşünaslıq doktoru Səbirə Dünyamalıyevanın Azərbaycan,
Gürcüstan və
İrandakı muzey və kolleksiyalarda apardığı tədqiqatlar
nəticəsində XIX əsrin
sonu - XX əsrin əvvəllərinə aid geyim
növlərinin norma və qaydaları müəyyənləşdirilib,
onların əsasında
milli geyim standartları tərtib edilib.
S.Dünyamalıyeva geyimlərin dövrlər,
bölgələr üzrə
hazırlanma texnologiyası
haqqında ətraflı
məlumat verib. Qeyd edib ki,
milli geyim standartlarına uyğun olaraq ənənəvi materiallar və üsullar tətbiq edilməklə kişi
və qadın geyim komplektləri tikilib.
Sərginin kuratoru, muzeyin
elmi ekspozisiya və sərgilərin təşkili şöbəsinin
müdiri, tarix üzrə fəlsəfə
doktoru Səbuhi Əhmədov mədəni
irsimiz olan milli geyimlərimizin yaranma tarixi haqqında danışıb.
Sonda Azərbaycan milli
geyimlərinin öyrənilməsinə
və təbliğinə
töhfə verənlərə,
sərgidə təqdim
edilən geyimlərin
hazırlanmasına, eləcə
də tədbirin təşkilinə maddi və mənəvi dəstək göstərənlərə
təşəkkürnamələr təqdim olunub.
Sərgi oktyabrın 1-dək davam edəcək.
Mədəniyyət.- 2017.- 7 iyul.-
S.16.