Milli Dram Teatrı mövsümə yekun vurub
Teatr Bolqarıstanın Varna şəhərində
keçiriləcək festivala
dəvət alıb
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı mövsümə Xalq yazıçısı İlyas
Əfəndiyevin “Hökmdar
və qızı” pyesi əsasında hazırlanmış “Qarabağnamə”
tamaşası ilə
yekun vurub.
Teatrın mətbuat xidmətindən
bildirilib ki, səhnə əsərinin
quruluşçu rejissoru
Xalq artisti Mərahim Fərzəlibəyov,
quruluşçu rəssamı
İsmayıl Məmmədovdur.
Rolları xalq artistləri Firəngiz Mütəllimova, Rafiq Əzimov, Səidə Quliyeva, Hacı İsmayılov, Ramiz Məlik, Ramiz Novruz, əməkdar artistlər Kazım Abdullayev, Elxan Quliyev, Əjdər Həmidov, Əli Nurzadə, Sabir Məmmədov, Məsmə
Aslanqızı, Kazım
Həsənquliyev, Aslan
Şirin, Anar Heybətov, Mirzə Ağabəyli, Elşən
Cəbrayılov və
başqaları ifa ediblər.
Tamaşanın musiqi tərtibatçısı
Həmid Kazımzadə,
geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.
Mətbuat xidmətindən onu da bildiriblər ki, Akademik Milli
Dram Teatrı avqustda
Bolqarıstanın Varna şəhərində
keçiriləcək Beynəlxalq monotamaşalar
festivalına dəvət alıb. Festivalda
rejissor Anar
Sadıqovun Əməkdar artist Ayşad Məmmədovun “İuda”
monopyesi əsasında
hazırladığı tamaşa nümayiş olunacaq. Səhnə
əsərində Ayşad Məmmədov
özü çıxış edəcək.
Mədəniyyət.- 2017.- 12 iyul.-
S.3.