Baxdan “Bayatı-Şiraz”adək
İsveçdə azərbaycanlı bəstəkarların
əsərləri səslənib
Görkəmli Azərbaycan bəstəkarları Qara Qarayevin və Nazim Əliverdibəyovun kompozisiyaları İsveç musiqisevərlərinə təqdim edilib.
Uzun illərdir İsveçdə yaşayan azərbaycanlı musiqiçi Leyli Yekta yerli tamaşaçılar qarşısında “Baxdan “Bayatı-Şiraz”adək” (Fran Bach till Bayati-Shiraz) adlı konsert proqramı ilə çıxış edib.
Stokholmun “Högalid” kilsəsində keçirilən konsertdə Qara Qarayev, Nazim Əliverdibəyov, habelə İohan Sebastyan Bax və Uillan Hilinin əsərləri səsləndirilib. Konsertin əsas fərqləndirici məqamı Nazim Əliverdibəyovun məşhur “Bayatı-Şiraz” kompozisiyasının orqanda ifa edilməsi olub.
Tədbirin
başlıca məqsədi yerli
tamaşaçıları Azərbaycan klassik
musiqisi ilə tanış etmək olub. Konserti Azərbaycanın
Stokholmdakı səfirliyinin əməkdaşları, habelə
yerli musiqisevərlər izləyiblər.
Mədəniyyət.- 2017.- 12 iyul.-
S.5.