Xalq yazıçısı Elçinin hekayəsi Özbəkistan mətbuatında
Xalq yazıçısı Elçinin “Qatar. Pikasso. Latur. 1968” hekayəsi Özbəkistanın “Səadət” qadın jurnalında özbək dilində dərc edilib. Hekayəni orijinaldan şair və tərcüməçi Usman Kuçkar çevirib.
Elçinin
əsərləri Özbəkistanda kifayət qədər
tanınır. Onun “Baladadaşın ilk məhəbbəti” və
“Baladadaşın toy hamamı” povestləri
“Cahan ədəbiyyatı” jurnalında,
hekayələri isə müxtəlif ədəbi qəzet və
jurnallarda dərc olunub.
Yazıçının ikicildlik “Seçilmiş əsərləri” yaxın
günlərdə özbək dilində işıq üzü görəcək.
Mədəniyyət.- 2017.- 12 iyul.-
S.10.