Canlı poeziya Çeşməmiz

 

 

 

   Təxəllüsündəki ikinci heca dəyərində - yüzdə, mində, milyondabir - Mirzə Ələkbər SaBİRimiz!..

  

   (Sağ olsaydı, yəqin ki, təbəssümündən “əcəba, buantipoetik matematik!” kimi kəlamlar saçardı...)

   Amma... neyləyəsən ki, bu şair haqda fikirləşəndə və ya yazıb-pozanda adamın canındakı təbii orqanik temperatura vulkanik bir psixoloji od-alov da əlavə olunur.

   Nədən başlayasan?..

   “Dəryada duran bu qocaman dağ”ın bəndi-beytləri elə püskürür, misraları ətrafa belə sıçraşır ki, bu hədsiz bolluq içində seçim korluğu çəkirsən...

  

   Hələ mən dörddə birin yazmayıram, karına bax,

   Üzümə gündə söyürsən bu qədər, arına bax,

   Özün insaf elə - əfkarına, ətvarına bax,

   İstəməzsən yazam? Öz eybli kirdarına bax,

  

   Kişisən, eybini qan, mənlə əbəs cəng eləmə,

   Özünü, həm məni bu barədə diltəng eləmə...

  

   Bu tərz, bu sayaq poetik təfəkkür sahibi haqdadeyib, nə yazasan?

   Bu apaydın adamı yüz kərə oxuyub-eşitsən də, min faiz arayıb-anlasan da, yenə mayasında “sənlik olmayan” nəsə qalır...

   Məsələn, mən onun şedevr beytlərindən biri ilə fotoşəkillərindəki ciddidən ciddi, dahiyanə (doğal, anadangəlmə!) “qaş-qabaqlı” sir-sifəti arasındakı “antaqonizm”ə hələ şagirdliyimdən bəri təəccüblənməkdəyəm. Baxın, bu təhər-tövrlü bir adamdeyir(!):

  

   Pah atonnan, nə ağır yatdı bu oğlan, ölübə!

   Nə də tərpənməyir üstündəki yorğan, ölübə!

  

   Bəli, bu qədər ağırbatman bir kişidən bu sayaq Molla Nəsrəddinmisal baməzəlik, Bəhlul Danəndəvarı atmacalıq!..

   Hələ:

  

   Qabla dəxi marfaşını, Mirhaşım,

   Götür daha qaç başını, Mirhaşım! -

  

   kimi uğundurucu, qəşşetdirici misralar! “Tacirlərimiz Sonyalara bənd olacaqmış, Biçarə Tükəzbanları neylərdin, ilahi?!” kimi dərd-ələmcil beytlər...

   ...Və bura qədər üzdən-üzdən üzüb gələn bu yazıcığazımın davamı kimi, əbədi Ustadın - “...qocaman dağkimi durduğu canlı Dəryadan qısaca -

  

   “Həyat və yaradıcılıq” notları

  

   Şamaxıda 1902-ci il tarixli seysmoloji tar-marlıq zəlzələsindən düz 40 il əvvəl - 1862-ci il mayın 30-da bir bioloji varlıq “zəlzələ”si də doğulubmuş ki, o özünü hələ yeddi yaşında ikən üçballla büruzə verib:Tutdum orucu irəmazanda, Qaldı iki gözüm qazanda, Mollam da döyür yazı yazanda”...

   Sonra beş il mollaxana, ardınca S.Əzimin yeni üsullu məktəbi, daha sonra atasının onu təhsildən ayırıb öz dükanında köməkçi işlətməsi, alış-verişdən çox, oxuyub-yazmağa həvəs göstərən bu “tərs uşağı” tez-tez məzəmmət etməsi, şeir dəftərini cırsa da onu mütaliə və şeir yazmaqdan çəkindirə bilməməsi, “atam məni bir də incidərsə, Şamaxıdan çıxıb gedəcəyəm” üsyanı ilə başqa şəhərləri gəzməsi və bu minvallarla gəlib-gəlib böyük ümummilli Mirzə olması...

   Bu Mirzəliyə qədər Ələkbər hələ ata olmalı, səkkiz qız, bir oğul böyütmə əzabları yaşamalı, öz böyük şəxsiyyətliliyini və fenomenal istedadını təsdiq etmək üçün kiçik şəxslərlə üz-üzə gəlməli idi...

   Bu böyük sənətkar haqda sənədlər də çox söz deyir. Çox fədakar, qayğıkeş, mehriban ailə başçısı olub Mirzə Ələkbər. Uşaqlarının yalnız maddi ehtiyacını deyil, mənəvi rahatlıq və ictimai tərəqqisini də təmin etməyə çalışıb. Oğlu bir yana, arvadını və qızlarını da savadlı görmək istəyib, onlara əlifba öyrədib.

   XIX və XX əsrlərin qovuşduğu illərdə ağır ailə qayğısı çəkən Sabir şeirdən bir qədər uzaqlaşsa da, 1901-ci ildə Şamaxıya qayıdan Abbas Səhhətlə boş vaxtlarında ədəbi məclislər düzəldib, klassik şairlərin və özlərinin şeirlərini oxuyar, təhlil və müzakirə edərmiş. XX əsrin əvvəllərindən şeirləri mətbuat səhifələrində görünən Sabir 1906-cı ildə "Molla Nəsrəddin" jurnalını öz arzularının jurnalı kimi qarşılayıb, onun ən sevimli və fəal müəlliflərindən olur. C.Məmmədquluzadə ilə dostluq münasibətləri hər iki sənətkar üçün daha yüksək qarşılıqlı yaradıcılıq bəhrəsi verir. LakinMolla Nəsrəddin”də çoxlu dost qazanan şairin düşmənləri də artır. Şamaxıda, Bakıda, İranda irticaçılar onu kafir elan edir, ölümünə fətva verir, qoçular yolunu kəsib hədələyirlər.

   1907-ci ildə sabun bişirib satmaqdan əl çəkib, mətbuat və maarif sahəsində çalışmağı, yaradıcılığını daha müntəzəm davam etdirməyi qərarlaşdıran Sabir Bakıya gəlib “İrşad” qəzetində korrektor işləyir, müəllimlik üçün imtahana hazırlaşır. Bu arada Qori Müəllimlər Seminariyasındakı dostlarından aldığı (yaxınlarda seminariyanın Azərbaycan şöbəsində müəllim yeri boşalacağı haqda) məktubdan çox sevinsə də, ümidi boşa çıxan şair 1908-ci il mayın 7-də Tiflisə gedib, Qafqaz şeyxülislamı idarəsindən ana dili və şəriət müəllimi diplomu alır, çoxdan arzuladığı “Ümid” məktəbini açır. 1910-cu ilin əvvəllərində Bakıya gəlir, “Zənbur” jurnalı redaksiyasında çalışır, az sonra Balaxanı məktəbində dərs deməyə başlayır. O ilin yazından Bakıda çıxan “Günəş” və “Həqiqət” qəzetlərində çalışırkən, “Molla Nəsrəddin”ə yazmaqda davam edir.

   Aylarla ehtiyac içində dolanan şair 1910-cu ilin axırlarında ağır xəstəliyə tutulub, Şamaxıya qayıdır. 1911-ci ilin mayında müalicə üçün Tiflisə gedir. Dostu C.Məmmədquluzadənin evində “Molla Nəsrəddin”çilərin böyük qayğıkeşliyilə əhatələnir. Xəstəliyinin şiddətləndiyinə baxmayaraq, yazıb-yaratmağa davam edir, jurnalın redaksiya işlərinə yaxından kömək edir. İyunda həkimlər cərrahiyə əməliyyatı aparmağı təklif edirlər, lakin şair buna razı olmur. Şamaxıya qayıdır və axır günlərində öz mənəvi “epiqrizi kimi səslənən “İstərəm ölməyi mən, leyk qaçar məndən əcəl, Gör nə bədbəxtəm, əcəldən də gərək naz çəkəm!” misralarını yazır.

  

   Molla Nəsrəddin bir elan yazır

  

   Xalqın bu böyük şairinin müalicəsinə yardım üçün...

   Rusiyanın Şərqin bir çox şəhərlərindən oxucular bu bənzərsiz şairin müalicəsi üçün ianə göndərirlər. Şair xəstəliyinin çox şiddətləndiyini görüb, əməliyyat üçün iyulun 8-də Bakıya gəlsə , həkimlər artıq bunun heç bir fayda verməyəcəyini söyləyir Şamaxıya qayıtmasını məsləhət görürlər. 1911-ci il iyulun 12-də vəfat edən böyük şairimiz ŞamaxınınYeddi günbəz" qəbiristanlığında dəfn edilir. Vəfatından bir il sonra arvadı Büllurnisə xanım dostlarının səyilə onun şeirləriHophopnaməadı ilə çap olunur bu kitab oxucular tərəfindən misli görünməmiş bir hərarətlə qarşılanır. İki il sonra xalqın ianəsiləHophopnamə”nin ikinci - daha mükəmməl nəşri buraxılır.

  

   Sabira!..

  

   Onun qələmindən çıxan bu gözəl, əsrarəngiz xitab yəqin ki, dilində daha ləzzətlə səslənirmiş:

  

   Sabira, beynəlmiləl tədbiri-ülfət etməli,

   Həqqi xəlqə bildirib, dəfi-zəlalət etməli”.

  

   Yetkin vaxtında (əslində, ömrünün sonlarında) yazdığı şeirlərinin, demək olar, hamısı ictimai mövzularda olan şair canlı mübarizə meydanında söz qılıncıyla çarpışan ahıl-ağsaqqal bir müdrik, gənc eşqli atəşin bir vətəndaş idi. Mövcud cəmiyyətin ziddiyyətləri isə bu vətəndaş-qəhrəman üçün azadlıqda ikən bir zindan timsalı:

  

   Mən belə əsrarı qana bilmirəm,

   Qanmaz olub da dayana bilmirəm.

   Derlər utan, hərzəvü-hədyan demə,

   Güc gətirir dərd, usana bilmirəm!

  

   Dünyagörüşündəki qüvvətli humanizmlə, insanın yer üzündə azad, yaradıcı bir həyat qurması haqqında arzularla yaşayan şair: “Kim ki insanı sevər, aşiqi-hüriyyət olur, Bəli, hürriyyət olan yerdə insanlıq olurfikirlərilə yaşayır qüdrətli qələmiylə başqalarını da bu axara dəvət edirdi.

   Mən belə bir qənaətdəyəm ki, Mirzə Ələkbərikilioxucu qruplarından birini daha daöldürüb”, digərini daha da dirildirdi. Məsələn, dövrünün əsl islamçı müsəlmanlarını kafir adlandıran “din xadimləri”nə yazdığı şeirində o, elələrinionların dili ilə danışdırıb”, elə öz arşınlarıyla da aşağılandırır:

  

   Bir bölük boşboğazıq, heyvərəlik adətimiz,

   Doludur lənət ilə, qeybət ilə söhbətimiz,

   Oxumaqdan payımız yox, yazıdan qismətimiz,

   Bu avamlıqla belə hər sözü təfsir edəriz,

   Yeri gəldikdə müsəlmanları təkfir edəriz.

  

   Qanma!”, “anlama!” kimi əmrlərə “Qabili-imkanmı olur qanmamaq?” sayaq cavablar verən, milli oyanışa nail olmağın yolunu elmə, təhsilə yiyələnməkdə, özünü dərketmədə, dünya işlərindən baş çıxarmaqda görən Sabir elm, təhsil, mərifət və məktəbdən yaza-yaza özübir universal Məktəb oldu ki, bu ocaq dünya durduqca yanacaq!..

  

   Tahir Abbaslı

 

Mədəniyyət.- 2017.- 12 iyul.- S.13.