İstirahət parkında “Açıq kitabxana” təşkil olunub
Zərdab rayon MKS-nin 34 saylı Fəhlə qəsəbəsi kitabxana filialı qəsəbədəki istirahət parkında “Açıq kitabxana” təşkil edib.
Tədbirdə kitabxana filialının müdiri Laçın Abdullayeva Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Milli Kitabxanasının birgə təşəbbüsü ilə ötən ildən paytaxtda və bölgələrimizdə reallaşan “Açıq kitabxana” layihəsinin əhəmiyyətindən danışıb.
"Açıq kitabxana"da dünya ədəbiyyatı, klassik və müasir Azərbaycan ədəbiyyatı, uşaq ədəbiyyatı, dövri mətbuat nümunələri, ayrı-ayrı nəşrlərin elektron formada toplandığı disklər nümayiş etdirilib.
Tədbir qəsəbə sakinlərinin marağına səbəb olub.
Mədəniyyət.- 2017.- 14 iyul.-
S.7.