Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Bişkekdə görüşlər keçirib

 

 

 

   Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva Bişkekdə Qırğızıstanın təhsil naziri Qulmira Kudayberdiyeva ilə görüşüb.

   G.Əfəndiyeva rəhbərlik etdiyi qurumun türkdilli xalqların tarixi-mədəni irsinin qorunması və təşviqinə dair fəaliyyətindən söz açıb, Qırğızıstan ilə əlaqələrin gücləndirilməsinin vacibliyini qeyd edib.

   Q.Kudayberdiyeva Fondun fəaliyyətini bütövlükdə türk dünyasının birliyi naminə görülən işlərə töhfə kimi dəyərləndirib, gələcək layihələrinə dəstəyini bildirib.

   Görüşdə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, Qırğızıstandakı universitetlər ilə əməkdaşlığın genişləndirilməsi, orada təhsil alantürk dünyası ilə bağlı araşdırmalar aparan tələbələrə təqaüdlərin ayrılması məsələləri müzakirə edilib.

   Günay Əfəndiyeva Qırğızıstanın mədəniyyət, informasiyaturizm naziri Tuqelbay Kazakov ilə də görüşüb. T.Kazakov Fondun türk dünyasına xas tarixi-mədəni irsin mühafizəsi və təbliğinə dair fəaliyyət perspektivlərini yüksək qiymətləndirib.

   Görüşdə mədəni sahədə müxtəlif mövzularla bağlı birgə layihələrin həyata keçirilməsinə dair razılıq əldə edilib.

 

Mədəniyyət.- 2017.- 14 iyul.- S.10.