Naxçıvanda İranın mədəniyyət xadimləri ilə bağlı fotosərgi

 

 

 

   Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına sərgi salonunda iranlı fotoqrafrejissor Paşa Hadianın “Müasir İran mədəniyyətinin görkəmli nümayəndələri” adlı fərdi fotosərgisi açılıb.

   Tədbirdə sənətşünas Nizami Alıyev çıxış edərək, sərginin təşkilinin sənət adamları üçün əlamətdar hadisə olduğunu deyib. Bildirilib ki, sərgidə fotoqrafın 65 əsəri yer alıb.

   İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrom, Türkiyənin muxtar respublikadakı baş konsulu Nihat Erşen çıxış edərək, ölkələr arasında siyasi, iqtisadi əlaqələrlə yanaşı, mədəni əlaqələrin də inkişafının vacibliyini qeyd ediblər.

   İranlı fotoqrafrejissor Paşa Hadian bildirib ki, təqdim edilən fotolar 7 ilin əməyinin məhsuludur. Sərginin məqsədi müasir İran mədəniyyətinin görkəmli nümayəndələrini tanıtmaqdır.

 

Mədəniyyət.- 2017.- 14 iyul.- S.10.