Əzizə Cəfərzadənin bədii
yaradıcılığına dair yeni tədqiqat
Görkəmli yazıçı, ədəbiyyatşünas Əzizə Cəfərzadəninin (1921-2003) bədii yaradıcılığı Azərbaycan tarixi nəsrində özünəməxsus yer tutur. Yazıçının müxtəlif tarixi mövzulu əsərləri janr baxımından da rəngarəng, ideyaca diqqətəlayiq nümunələrdir.
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Əli Həşiminin Əzizə Cəfərzadənin yaradıcılığında tarixi povestî monoqrafiyası çapdan çıxıb. Nəşrin elmi redaktoru Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru Hüseyn Həşimli, rəyçiləri AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və filologiya üzrə elmlər doktoru Fərman Xəlilovdur.
Monoqrafiyada yazıçının həyat və yaradıcılıq yoluna müxtəsər nəzər salınıb, Azərbaycan ədəbi-mədəni fikrində rolu və mövqeyi işıqlandırılıb. Kitabda ədibin "Hun dağı", "Bəla", "Xoş gördük, səyyah" və "Cəlaliyyə" tarixi povestlərinin dil-üslub özəlliyi, sənətkarlıq məziyyətləri, tarixi dövrə sadiqliyi, müasir gerçəkliyin obyektiv ifadəsi kimi məsələlər zəngin qaynaqlar və müvafiq ədəbiyyatşünaslıq materialları əsasında müqayisəli şəkildə təhlil edilib.
Fariz
Yunisli
Mədəniyyət.- 2017.- 14 iyul.-
S.12.